VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA
20 OKTYABR
4542

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA

2017-10-20 22:00:00

Veysəloğlu Şirkətlər Qrupu Maliyyə Direktorluğuna  “Vergi uçotu üzrə Böyük Mühasib” vakansiyasını elan edir.

Vəzifə Öhdəlikləri:

• DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət 
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab –daxil və göndərilməsinə nəzarət
• Vergi hesabatlarının BTP proqramında işləməklə (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət,Əmlak,Torpaq) 
• hazırlanması və təqdim edilməsi
• Vergi, əmək ,gömrük qanunvericiliyində baş verən dəyişiklikləri nəzərdə saxlamalı
• Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
• Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı
• Aylıq və illik olaraq daxildə vergi hesabatların hazırlanması və müdiriyyətə təqdim edilməsi
• Müdriyyət tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Maraqlanan namizədlər CV'lərini mövzu başlıq yerinə "Vergi uçotu üzrə Böyük Mühasib" yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285