VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
13 OKTYABR
3104

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2017-10-13 21:30:00

PAŞA Həyat” hüquq departamentinə direktor axtarır.

Struktur bölmə: Hüquq departamenti
- Direktor Əmək/H: Ştat cədvəlinə uyğun olaraq Son müraciət tarixi: 22 oktyabr 2017-ci il İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri - Cəmiyyətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
- Cəmiyyətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
- Qanunvericiliyin tətbiqi ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
- Cəmiyyət adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
- Cəmiyyətin cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
- Sığorta hadisələrinin tənzimlənməsi işinin təşkili və bu sahəyə nəzarət edilməsi;
- Cəmiyyətə daxil olan və xaric olan sənədlərin dövriyyəsi, saxlanılması və arxivləşdirilməsi işinin təşkili;
- Cəmiyyətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
- Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
- Hüquqi təminat, korporativ hüquq, sığorta hadisələri və kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Namizədə olan tələblər
İş təcrübəsi: Sahə üzrə 2 ili rəhbər vəzifədə olmaqla ən azı 5 il iş təcrübəsi tələb olunur.

- Təhsili/ixtisası: Ali hüquq təhsili.

- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyədə bilməlidir.

- Kompüter bilikləri: MS Office. Üstünlüklər: Sığorta və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı

/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti

,konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Vakansiya üçün müraciət qaydası CV-lər “Hüquq departamentinin direktoru” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289