VAKANSİYA

"AFB Bank" işçi axtarır – VAKANSİYA
11 OKTYABR
1309

"AFB Bank" işçi axtarır – VAKANSİYA

2017-10-11 11:03:00

MALİYYƏ DEPARTAMENTİ

Vəzifə: Büdcə şöbəsinin baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis) 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Orta ixtisas və ya ali təhsil;

-Maliyyə təhlili üzrə iş təcrübəsi;

-Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;

-Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);

-Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

-Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;

-MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);

-Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

İŞİN TƏSVİRİ:

-Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;

-Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, habelə qiymət siyasəti barədə təkliflərin hazırlanması;

-Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;

-Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;

-Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın Maliyyə təhlilinin aparılması.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected]fb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296