VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
09 OKTYABR
2480

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2017-10-09 22:00:00

PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Xaçmaz Nümayəndəliyində Qəza komissarı - assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
• İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
• Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi;
• Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək;
• Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır; 
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
 
Bilik və bacarıqlar:

• Ali təhsil;
• Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması;
• Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 15 noyabr, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297