VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
24 SENTYABR
2341

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-09-24 22:00:00

Bank BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir  (“Gəncə” filialı).

 İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;

  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;

  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;

  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;

  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;

  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Plastik Kartlar şöbəsinə təqdim etmək;

  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;

  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

    Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;

  • Azərbaycan, rus dillərini bilmək;

  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.10.2017-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Vakansiya Gəncə şəhəri üçün nəzərdə tutulub

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Gəncə “ filialı,Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297