VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
22 SENTYABR
2652

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2017-09-22 22:00:00

DəmirBank” ASC  Maliyyə və Büdcə Departamentində büdcə və xərclərə nəzarət üzrə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Gündəlik balans, mənfəət və zərər hesabatını hazırlamalı;
• Aylıq və rüblük maliyyə nəticələrinin rəhbərliyə təqdim etməli;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakını təmin və koordinasiya etməli;
• Büdcəyə nəzarət, habelə hesabatlılıq üzrə öhdəlikləri həyata keçirməli;
• Xərclərin təhlilinin həyata keçirilməsi (ABC costing), variasiya təhlilini həyata keçirməli;
• Struktur bölmələr və məhsullar üzrə mənfəətlilik təhlilini etməli;
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra etməli, təhlilləri aparmalı, təqdimatları hazırlanmalı.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat);
• Maliyyə sektorunda beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
• Xərclərin təhlili və büdcə planlaması sahəsində biliklər;
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
• Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər, rus dilləri bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə və Büdcə Departamentində mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297