VAKANSİYA

“Mətanət A” şirkəti Satınalma mütəxəssisi vakansiyanı elan edir
16 SENTYABR 2017
1582

“Mətanət A” şirkəti Satınalma mütəxəssisi vakansiyanı elan edir

2017-09-16 21:00:00

 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, Mətanət A şirkəti mütəxəssis vəzifəsinə vakansiya elan edib

 

İşin təsviri:

  1. Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;

  2. Avadanlıq, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;

  3. Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

  4. Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı

- Razılaşma yolu ilə

Tələblər:

  1. Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

  2. Ali təhsil;

  3. Yaxşı analitik və ünsiyyət, danışıqların aparılma bacarıqları (ingilis dilini bilməsi mütləqdir, rus dilini bilənlərə üstünlük verilir);

  4. Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

  5. Satınalma sənədlərini hazırlama qabiliyyəti;

  6. Satınalma müqavilələri ilə işləmə bacarığı;

  7. Gömrüklə işləmə təcrübəsi;

  8. Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

  9. Kompyüter biliyi;

  10. Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

 

Qeyd

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- CV-ləri hr@matanata.com ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267