VAKANSİYA

Kreativ komandaya müvafiq kreativ düşüncəli namizədlər axtarılır!
13 SENTYABR
1527

Kreativ komandaya müvafiq kreativ düşüncəli namizədlər axtarılır!

2017-09-13 22:00:00

Dəyişən bazarda 15 illik fəaliyyət tarixinə malik olan PROSPECT ERP şirkəti bir neçə vakansiyalar üzrə namizədləri əməkdaşlığa dəvət edir.

PROSPECT ERP hər bir əməkdaşın dəyərini bilən və sadiq əməkdaşlar axtaran bir şirkət kimi işinə sevgi ilə yanaşan və şirkətimizə öz töhvəsini verməyə hazır olan namizəd axtarışındadır. Korporativ maraqları qorumağı bacarırsansa, komandada çalışmağa hazırsansa, daimi inkişafa meyilli müvafiq bilik və bacarıqlara sahibsənsə, vaxt itirmədən CV-ni göndər, PROSPECT ERP ailəsinə qoşul!

PROSPECT ERP aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:

1. Marketinq direktoru assistantı

Namizədə tələblər:

- 22-30 yaşlarında namizədlər (bəy namizədlərə üstünlük verilir);

- Azərbaycan, rus dili bilikləri mükəmməl, ingilis dili arzuolunandır;

- Ali təhsil (marketinq və ya idarəetmə ixtisası üzrə);

- Marketinq sahəsində 2 ildən az olmayan iş təcrübəsi;

- Kompleksli layihələrin və qrupların idarə edilməsi üzrə təcrübə;

- Mükəmməl təşkilatçılıq qabiliyyəti, planlaşdırma və idarəetmə qabiliyyəti;

- Ünsiyyət qurma, kreativlik, komandada işləmək və problemləri həll etmək bacarığı;

- Liderlik qabiliyyətinin olması.

İş şəraiti: 6 günlük iş qrafiki, şənbə qısa iş günü, bazar istirahət.

Nahar şirkət tərəfindən ödənilir.

Əmək haqqı 600AZN

Maraqlananlar CV-lərini [email protected] mailina göndərmələri xahiş olunur.

2. Müştəri xidmətləri üzrə məsləhətçi

Namizədə tələblər:

- 20-25 yaşlarında namizədlər (bəy namizədlərə üstünlük verilir)

- Azərbaycan, rus dili bilikləri mükəmməl, ingilis dili arzuolunandır;

- Ali təhsil;

- Satış sahəsində 1 ilə qədər iş təcrübəsi;

- Xoş görkəmli;

- Məsuliyyətli;

- Operativ;

- Stressədavamlı;

- Öyrənmək və inkişaf etmək istəyi;

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Ünsiyyət qurma, kreativlik, komandada işləmək; İşin təsviri:

- İstifadəçi tələblərinin toplanması, analizi və sənədləşdirilməsi;

- Müştərilərlə sərbəst ünsiyyət qurmaq;

- Müştəriləri dinləmək və düzgün anlatmaq;

- Müştərilərə şirkətin təqdim etdiyi proqram təminatlarının təliminin keçirilməsi, ətraflı izah olunması;

- Mütəmadi olaraq aparılan işlərin təhlilini aparmaq və hesabatını təqdim etmək.

İş şəraiti: 6 günlük iş qrafiki, şənbə qısa iş günü, bazar istirahət.

Nahar şirkət tərəfindən ödənilir.

Əmək haqqı 300-400 AZN

Maraqlananlar CV-lərini [email protected] mailina göndərmələri xahiş olunur.

3. Təlim mərkəzinin direktoru

Azərbaycanda İlk Distant Təhsili ilə seçilən “Prospect Academy” (http://prospectacademy.az) Təlim mərkəzinə satış, personalın idarəedilməsi və təlim mərkəzinin idarə olunması üzrə iş təcrübəsi 3 ildən 5 ilə qədər olan “Direktor” tələb olunur.

Namizədə tələblər:

- 25-35 yaşında xanımlar;

- Dil biliyi: Azərbaycan və Rus dillərini əla, İngilis dilini yaxşı;

- Proqram bilikləri: MS Office;

- Yeni ideyalara malik, idarəetmə və təşkilatçılıq qabiliyyəti, nitq qabiliyyəti və nitq mədəniyyəti;

- təşəbbüskar, punktual və məsuliyyətli namizədi böyük məmnunluqla bizimlə əməkdaşlığa dəvət edirik.

Direktoun vəzifə öhdəlikləri:

- Təlim mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi;

- Beynəlxalq və yerli korporativ təlimlərin təşkil olunması və keçirilməsi;

- Mərkəzə yüksək səviyyəli təlimçilərin cəlb olunması;

- Təlimçilərlə bağlı prosedurların müəyyən olunması, hazırlanması və tətbiq olunması.

- Təlim mərkəzi üçün tədbirlər planının hazırlanması;

- Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsi;

- Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsi;

- Mərkəzin fəaliyyətinə nəzarət etməsi, hədəfə çatmaq üçün analizlərin aparılması və hesabatların təqdim edilməsi;

- Təlimlə bağlı layihələrin hazırlanması. Keçirilmiş təlimlərin effektivliyinin təhlil olunması.

İş şəraiti: 6 günlük iş qrafiki, şənbə qısa iş günü. Bazar istirahət.

Nahar şirkət tərəfindən ödənilir.

Korporativ mobil nömrə, yol xərcləri şirkət tərəfindən təmin edilir.

Əmək haqqı 1500 AZN Maraqlananlar mövzu yerinə “Təlim mərkəzinin direktoru” yazıb CV-lərini [email protected] mailina göndərmələri xahiş olunur.

4. Marketinq meneceri

Namizədə tələblər:

- 25-30 yaşlarında namizədlər;

- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

- Marketinq sahəsində ali təhsill;

- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;

- Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli;

- Biznes danışıqları aparmaq bacarığı;

- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;

- İdarəetmə qabiliyyətinin olması;

- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;

- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl;

- Kompüter bilikləri: MS Ofice, Outlook;

- Yaş: 25-30

İş şəraiti: 6 günlük iş qrafiki, şənbə qısa iş günü. Bazar istirahət.

Nahar şirkət tərəfindən ödənilir.

Əmək haqqı 600AZN

Maraqlananlar CV-lərini [email protected] mailina göndərmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293