VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
12 SENTYABR
2277

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-09-12 21:00:00

Bank BTB” ASC İnformasiya Texnologiyaları departamentinin İnformasiya təhlükəsizliyi üzrə  Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

1. Bankın informasiya texnologiyalarının təhlükəsizliyini təşkil edir, bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətləri və konsepsiyaları  tətbiq edir.
2. Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır.
3. Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və informasiya təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir.
4. Bankda mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlığını, informasiya təhlükəsizliyinin səviyyəsini mütəmadi olaraq təhlil edir, aşkar olunan problemlərin aradan qaldırılmasını təmin edir.
5. Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir.
6. Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin davamlı işini təmin edir.
7. Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsini təmin edir.
8. Bankda tətbiq olunan yeni proqram  təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir.
9. Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarəti həyata keçirir.
10. Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir.

Namizədə tələblər:

•  Komputer elmləri, riyaziyyat   sahəsində ali təhsil;
•  İş təcrübəsi: bu sahə üzrə ən azı 3 il iş təcrübəsi ;
•  Azərbaycan dili biliyi mükəmməl səviyyədə, ingilis  və rus dilləri arzuolunandır ; 
•  İnformasiya təhlükəsizliyi proqramları üzrə sertifikatlar;
•  İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
•  Analitik düşünmə qabiliyyəti;
•  Kompüter proqramları və texnologiyalar: MS Windows9x/200/XP/Server 2003/2008/12 Active Directory, DHCP, DNS, Terminal Server, Exchange Server 2000/2003, ISA Server2006/TMG ,SUS, WSUS, IIS, FTP, IAS, Proxy. WAN, LAN, VLAN, NAT, Firewall, VOIP, ISDN, ACL, AAA, IPSEC, VPN, X25, IP, Frame Relay, ISO 27001, 27003.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 Oktyabr, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnformasiya təhlükəsizliyi üzrə  Baş mütəxəssis) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287