VAKANSİYA

“Mətanət A” şirkəti İxracat üzrə Koordinator vakansiyanı elan edir
08 SENTYABR
1698

“Mətanət A” şirkəti İxracat üzrə Koordinator vakansiyanı elan edir

2017-09-08 21:00:00

İşin təsviri

Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;

Xarici bazarların "Mətanət A"Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;

Xarici ölkələrdəki satış imkanların öyrənilməsi;

Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesin nəzarət altında saxlanılması,hesabatının şöbə rəhbərinə təəqdim edilməsi;

Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət,məlumatların şöbə rəhbərinə təqdim edilməsi;

Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;

İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;

Kargüzarlıq,zənglərin geydə alınması və yazışmaların koordinasiyası,şöbə rəhbərinə yardımçı olmaq;

Keçirilən kompaniyaların davamiyyəti,effektivlik və müddətləri haqqında hesabatların hazırlanması,şöbə rəhbərinə təqdim edilməsi;

İstehsalata verilən sifarişlərin icrasının və hazır məhsulun ambarlanmasının koordinasiyası;

Hazır məhsulun ambarına nəzarət saxlanılmasının,satışının və nəqlinin təşkili üzrə Şirkət standartlarının,həmçinin satış şəbəkələrinin,məhsulun istehlakçılara çatdırılması formalarının təkmilləşdirilməsi,nəqliyyat xərclərinin azaldılması,normadan kənar hazır məhsul ehtiyatlarının aşağı salınması üzrə tədbirlərin hazırlanması və tətbiqi.

Əmək haqqı

Əmək haqqı yüksəkdir

Tələblər

Ali təhsil (bakalavr);

Azərbaycan, rus və ingilis dillərini bilməli;

Rus və ingilis dillərində beynəlxalq yazışmalar aparmaq və yaxşı ünsiyyət qurmaq bacarığı olmalı;

Ən azı 2 il iş təcrübəsi olmalı;

Fikrini rahat izah etmək qabiliyyətli, fəal olmalı, işə planlı yanaşmalı;

Ofis proqramlarında işləmə bacarığı olmalı.

Qeyd

1. Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

2. CV-ləri [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285