VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
04 SENTYABR
3816

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

2017-09-04 22:00:00

Sumqayıt Texnologiyalar Parkı sənəd nəzarətçisi / təşkilati işlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Kargüzarlıq işini həyata keçirmək;
• Yazılı və ya lazım gəldikdə sinxron tərcümələr etmək;
• Təlimat və prosedurların yazılmasında iştirak etmək;
• Müəsssisənin tərəfaşlarına məktubları hazırlamaq və göndərmək;
• Müqavilələrin qeydiyyatı və aparılması üzrə lazımı hərəkətləri həyata keçirmək;
• Sənədlərin arxivləşdirilməsi məsələlərində arxivariusa yardım etmək;
• Müəssəyə gələn xarici qonaqların səfərləri ilə bağlı bütün administrativ və təşkilati işlərin görülməsi;
• Müəssisənin əməkdaşlarına xaricə səfərləri ilə bağlı administrativ dəstəyin verilməsi.

Təhsil/Təcrübə: 

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan Rus və İngilis dilində sərbəst danışmalı və lazım gəldikdə tərcümələr etməli
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməli;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stresə davamlı olmalı;
• İşdə dəqiqlik və detallara fikir vermək bacarığı olmalı.

Əlavə məlumatlar: 

• Maaş: razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285