VAKANSİYA

“Baku Bus” işçi axtarır – VAKANSİYA
02 SENTYABR
3604

“Baku Bus” işçi axtarır – VAKANSİYA

2017-09-02 21:00:00

Baku Bus” MMC  vakant hüquqşünas yerinə  işçi qəbulu elan edir.

1. Cəmiyyətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq; 
3. Cəmiyyətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərmək;
4. Müqavilələrin hüquqi ekspertizasını və tərtibatını həyata keçirmək;
5. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq;
6. Cəmiyyətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin etmək;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Cəmiyyəti təmsil etmək; 
8. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

 ali hüquqi təhsil, 
 Yaş həddi – Maksimum 30 
 Müvafiq sahədə ən azı 3 il təcrübə 
 ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
 MS Office proqramında işləyə bilmək bacarığı,
 Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və yazmaq,
 İngilis və rus dillərini bilmək arzuolunandır.
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293