VAKANSİYA

“Azersun Holding” işçi axtarır -VAKANSİYA
31 AVQUST
8159

“Azersun Holding” işçi axtarır -VAKANSİYA

2017-08-31 22:00:00

Azersun Holding” kateqoriya mütəxəssisi vəzifəsinə işçi axtarır.

İş haqqında məlumat:

• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi; 
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması; 
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması; 
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması; 
• Endirim kataloqlarının planlanması; 
• Gida xarici kateqoriyalarda yeni trendlərin araşdırılması; 
• Tabeçiliyində olan işçilərinin işlərinin nəzarət altında saxlanılması.

Tələblər:

• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində); 
• Müvafiq sahədə 1 il iş təcrübəsi; 
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlist danışıq bacarığı olmalı; 
• Bazar qiymətləri, rəqabətcilik haqqında məlumatlı olmalı; 
• Bakının fərqli bölgələrindəki marketləri və müştəri profillərini yaxşı bilməli; 
• Rus dillini yaxşı səviyyədə bilməli; İngilis dili bilməsi arzu olunandır. 
• MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli; 
• Səliqəli xarici görünüşlü, prezentabl olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kateqoriya mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285