VAKANSİYA

"Optimal Elektronika" işçi axtarır -VAKANSİYA
31 AVQUST
3470

"Optimal Elektronika" işçi axtarır -VAKANSİYA

2017-08-31 21:00:00

"Optimal Elektronika" MMC Bakı üzrə monitorinq üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Departament / şöbə: Monitorinq şöbəsi

Əsas vəzifə və öhdəlikləri

• Monitorinq sənədlərini tərtib etmək;
• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.

Namizədə dair tələblər

• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;  
• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət; 
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix30/09/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Monitorinq üzrə Mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285