VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
24 AVQUST
2477

“Unibank” işçi axtarır – VAKANSİYA

2017-08-24 22:00:00

Unibank” pərakəndə xidmətlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 20-25 yaşlarında ali təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Yerləşmə: Şəmkir, Tovuz

Sektor: Maliyyə və kredit /Bank

Vəzifə : Pərakəndə xidmətlər üzrə Mütəxəssis

Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Fiziki şəxslərə bank hesablarının açılması və bağlanması;
• Hesablardan vəsaitlərin köçürülməsi;
• Plastik kartların sifariş edilməsi;
• Əmanətlərin qəbulu;
• Sürətli pul köçürmələri vasitəsi ilə vəsaitlərin köçürülməsi və qəbulu;

Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 20 – 25;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı; (Rus dili biliyi olanlara üstünlük veriləcəkdir)
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293