VAKANSİYA

“Bank of Baku” işçi axtarır – VAKANSİYA
23 AVQUST
3244

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

2017-08-23 22:00:00

Bank of Baku” xidmət üzrə kiçik ekspert vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, iqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsilli, MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 21-dir.

Əsas vəzifə və öhdəliklər

 Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
 Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
 Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
 Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları

 İqtisadiyyat və idarəetmə sahəsi üzrə ən azı bakalavr dərəcəsi 
 Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
 MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı 
 Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
 Yaradıcı və analitik düşüncə tərzi
 Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
 Bu vəzifə üzrə təcrübə tələb olunmur

İş şərtləri

 İş yeri: Bakı filialları
 İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər aşağıdakı linkdən istifadə edərək bu vəzifə üzrə seçim prosesinə qoşula bilərlər: https://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/ 
Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285