VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
18 AVQUST
2578

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2017-08-18 22:00:00

DəmirBank” Menecment İnformasiya Sistemi (MİS) şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Gündəlik kredit verilişi hesabatının hazırlanması;
• DəmirTaksit hesabatının hazırlanması;
• Gündəlik kredit portfelinın formalaşdırılması;
• Portfel gecikmə ödəniş hesabatının hazırlanması;
• KPI hesabatının tərtib edilməsi;
• Kreditlərin təhkim olması üzrə siyahıların yenilənməsi və sistemə köçürülməsi;
• Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergi orqanları, Statistika Komitəsinə, Əmanətlərin Sığortalanması Fonduna və digər nəzarət orqanlarına hesabatlıqların periodik hazırlanması və göndərilməsi;
• İdarə Heyəti və struktur bölmələrin istədiyi xüsusi hesabatlar və ya məlumatların hazırlanması və təqdim olunması.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi/maliyyə təhsili (Xaricdə təhsil alanlara üstünlük verilir);
• Bank qanunverciliyi bilməli;
• İri həcmli məlumatların təqdimatı, yığımı, təhlil və işləməsinin formalaşmasında təcrübəyə sahib olmalı;
• Analitik və yaradıcı düşüncəyə malik olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Tabeçilik münasibətlərində işləmək bacarığına sahib olmalı;
• Dəqiqlik və qətiyyətlilik kimi müsbət göstəricilərə malik olmalı; 
• Ünsiyyət yaratmaq və güclü inandırma bacarığına sahib olmalı;
• Problemləri vaxtında müəyyən etməli və onlardan effektiv çıxış yollarının tapmaq bacarığına malik olmalı; 
• İşdə təşəbbüskar və yenilikçi yanaşma kimi göstəricilərə sahib olmalı; 
• Daimi özünü inkişaf və təkmilləşdirmə istəyinə sahib olmalı;  
• Rəsmi-işgüzar üslubda, Azərbaycan dilində yazışmalar həyata keçirmək bacarığına malik olmalı (Rus və İngilis dillərini bilməsi üstünlükdür).

Göstərilən tələblərə cavab verən namizədlər 24 avqust 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Menecment İnformasiya Sistemi (MİS) şöbəsinə Mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293