VAKANSİYA

“Bank VTB” işçi axtarır – VAKANSİYA
17 AVQUST
2153

“Bank VTB” işçi axtarır – VAKANSİYA

2017-08-17 22:00:00
Bank VTB” layihələrin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi/mütəxəssisi (İT) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali texniki təhsilli, profil üzrə ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Tələblər:
  •  ali texniki təhsil;

  • profil üzrə ən azı 1 illik iş təcrübəsi;

  • layihələrin idarə edilmişi metodologiyalarını (PMI, PRINCE2), habelə proqram təminatının işlənib hazırlanma dövriliyini anlama;

  • maliyyə institutlarında biznes proseslərin avtomatlaşdırımasında işində təcrübə,

  • təqdimatları keçirmə bacarığı;

  • Azərbaycan, rus və ingilis dillərini bilmək;

  • sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı;

  • nəticə əldə etməyə müvəffəq olmaq, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifələri:
  • İT sistemlərinə texniki və biznes tələblərin aşkarlanması və təhlili;

  • müxtəlif İT sistemlərinin layihələrinin idarə olunması, həmçinin bu layihələr üzrə müxtəlif hesabatların hazırlanması;

  • İT sistemlərində dəyişikliklərin idarə edilməsi;

  • sistemlərin konfiqurasiyasına dəyişikliklər edilməsi, vəzifələrin qarşıya qoyuluşunda  iştirak və texniki tapşırıqların hazırlanması;

  • funksionalın sınağında/tələblərinin verifikasiyasında iştirak;

  • sistemlərin işlənib hazırlanmasında risklərin və xətaların yaranma səbəblərinin təhlili;

  • biznes-proseslərin tətbiqi və optimallaşdırılması zamanı Bankın bütün struktur bölmələri ilə koordinasiya, istifadəçilərin təlimi.

CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir). Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285