VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
17 AVQUST
2157

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-08-17 21:00:00

Bank BTB” hüquq və təşkilati işlər departamentinə ümumi şöbənin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli, arxiv sahəsində 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Ümumi şöbənin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

- Bankda kargüzarlıq və arxiv işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirir;
- Bankın Baş ofis və filiallarından təhvil-təslim aktı əsasında arxivə saxlanmağa verilən sənədləri qəbul edir;
- Hər bir sənədin növünü, tarixini üzlüklərin üzərində qeydiyyatını aparır;
- Nömrələnmə əsasında kompüterdə xüsusi proqrama yazır;
- Baş ofis və filiallardan gələn sorğulara cavab verir;
- Baş ofis və filiallardan arxivə saxlanmağa təhvil verilən sənədlərin əsli sorğu olunduqda, tələbnamə əsasında sənədin əslini aktlaşdırılmış şəkildə təhvil verir və sənədlərin surətini müvafiq qovluqlara yığır;
- Filiallardan daxil olan sorğulara müvafiq olaraq tələbnamə əsasında qovluqları  filiala göndərir;
- Saxlanma müddəti bitən sənədləri müvafiq akt əsasında ləğvini həyata keçirir;
- Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətlərin və departament direktoru, şöbə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

Ali təhsil;
- Arxiv sahəsində 3 il iş təcrübəsi;
- Kargüzarlığın arxiv Təlimatlarına uyğun aparılması;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq kompüter proqramları ilə işləmək bacarığış

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31.08.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291