VAKANSİYA

“Naxçıvanbank” işçi axtarır – VAKANSİYA
12 AVQUST
1968

“Naxçıvanbank” işçi axtarır – VAKANSİYA

2017-08-12 22:00:00
Naxçıvanbank” aparıcı mütəxəssis-hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquqi təhsilli,korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsinə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 1-dir.
Namizədə qarşı tələblər:
  • Ali hüquqi təhsil,

  • Mülki, mülki-prosessual, əmək, inzibati məsuliyyət, Azərbaycan Respublikasının normativ-hüquqi aktları və bank qanunvericiliyi sahəsində biliklərə malik olmaq,

  • Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsinə malik olmaq,

  • Komandada işləmək bacarığına malik olmaq,

Vəzifə öhdəlikləri:
  • Bankın hüquqi və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslər qarşısında müdafiə etmək,

  • Müştərilərə verilmiş kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədi ilə məhkəmədən öncə, məhkəmədənkar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək,

  • Daxili hüquqi təminat, ekspertiza və təhlil işləri aparmaq,

  • Bank fəaliyyəti zamanı təqdim edilən müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasını həyata keçirilməsi.

  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 sentyabr 2017-ci il tarixədək [email protected]  elektron ünvanına göndərə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297