VAKANSİYA

“AzerGold” işçi axtarır – VAKANSİYA
11 AVQUST
3460

“AzerGold” işçi axtarır – VAKANSİYA

2017-08-11 21:00:00

AzerGold” Çovdar Filiz Emalı Sahəsinə texniki xidmət və təmir bölməsinin rəhbəri vəzifəsinə işçi axtarır. İnşaat sahəsi üzrə ali təhsilli, yol və sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması. 
• Aylıq hesabatların hazırlanması;
• İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
• Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va ona nəzarət;
• Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
• Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
• Müvafiq hesablamaların aparılması. (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Təşkilatçılıq və İdarəetmə bacarığı;
• Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
• Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Microsoft Office proqramları proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır; 
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İnşaat sahəsi üzrə Ali təhsil;
• Yol və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Texniki xidmət və təmir bölməsinin rəhbəri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295