VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
10 AVQUST
2727

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2017-08-10 21:00:00

PAŞA Sığorta” namizədləri Mühasibatlıq Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Fins.az-ın məlumatıa görə, maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsilli, maliyyə sahəsində baş mühasib və ya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi avqust ayının 31-dir.

Vəzifə və Öhdəliklər:

• Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi; 
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Mühasibat uçotu məlumatlarına dair Şirkətin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak; 
• Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
• Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
• Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
• Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar:

• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi;
• Sığorta Qanunvericiliyi, Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
• Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
• Azərbaycan, rus və ingilis dillərində peşəkar səviyyədə bilik və şifahi ünsiyyət bacarığı.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288