VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
05 AVQUST
5202

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2017-08-05 22:00:00

Azersun Holding” satış təmsilçisi vəzifəsinə işçi axtarır. Fins.az-n məlumatına görə, ali təhsilli, B kateqoriyalı sürücülük vəsiqəsi olan, satış sahəsində ən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 1-dir.

Namizədə aid tələblər:

• Ali təhsilli olmalı;
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
• Yüksək ünsiyyət və inandırma bacarığı olmalı; 
• Satış sahəsində ən azı 1 illik iş təcrübəsi olmalı.

İş haqqında məlumat:

• Satış hədəflərinin yerinə yetirilməsi;
• Məsul olduğu ərazilərə satışın həyata keçirilməsi; 
• Müştərilərdən sifarişlərin qəbul edilməsi;
• Yerli bazarı araşdırmaq; 
• Müştərilərlə sənədləşmə işininin təşkili; 
• Şirkətin məhsul və kompaniyaları haqqında müştəriləri  məlumatlandırmaq;
• Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 01.09.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Satış təmsilçisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0035
  • ₽ RUB
    0.0286