VAKANSİYA

“Nurgun Holding” işçi axtarır – VAKANSİYA
05 AVQUST
3006

“Nurgun Holding” işçi axtarır – VAKANSİYA

2017-08-05 21:00:00

Nurgun Holding” xarici əlaqələr üzrə menecer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə), bu sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi sentyabr ayının 2-dir.

İş barəsində:

• İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
• Xarici qonaqları qarşılamaq;
• Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
• Şirkəti yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil etmək;
• Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanmaq.

Tələblər:

• Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə);
• İş təcrübəsi: ən azı 2-3 il;
• Dil bilikləri: Azərbaycan,türk, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Ofis proqramlarından istifadə etmə bacarığı olmalı;
• Sürücülük vəsiqəsi;
• Güclü ünsiyyət, analitik bacarıqları;
• Səlis nitqə malik olmalı;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Minimum maliyyə bilikləri;
• Bazar araşdırması bilikləri;
• Proje üzrə icra bacarıqları;
• Biznesin təşkili üzrə bacarıqlar.

CV göndərərkən mövzu qismində "Xarici əlaqələr üzrə Menecer" sözünün yazılması mütləqdir.

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287