VAKANSİYA

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA
02 AVQUST
3202

“PAŞA Həyat” işçi axtarır – VAKANSİYA

2017-08-02 22:00:00
“PAŞA Həyat” sığorta şirkəti strategiya və investisiya departamentinin investisiya şöbəsinin müdiri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli və CFA imtahanının minimum 1-ci səviyyəsini uğurlu nəticəsi olan, investisiya portfelinin və ya bankın aktivlərinin idarə edilməsi və ya təhlili sahəsində minimum 4 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 1-dir.

 Vəzifə: Şöbə Müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 09:00-18:00

Son müraciət tarixi:  13.08.2017

Əsas vəzifə öhdəlikləri:

1. Aktivlərin investisiya siyasəti, öhdəliklər və digər daxili limitlərə uyğun yerləşdirilməsini təmin etmək;
2. Emitent və bankların hesabatlarının mütəmadi təhlilini və risk dərəcəsinin hesablanmasını təmin etmək;
3. Şirkətin öhdəliklərinin, strukturunun (müddət, valyuta və s.)və gələcək pul axınlarının mütəmadi təhlilini və aktivlərin öhdəliklərə və pul axınlarına uyğunluğunu təmin etmək;
4. Yerli və xarici bazarlarda gəlirlilik və risklərlə bağlı araşdırmalar aparmaq və şirkət üçün optimal investisiya imkanları barədə təklif vermək;
5. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillərin hazırlanmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : İnvestisiya portfelinin və ya Bankın aktivlərinin idarə edilməsi və ya təhlili sahəsində minimum 4 illik iş təcrübəsi;
Təhsili/ixtisası : Ali iqtisadi təhsil və CFA imtahanının minimum 1-ci səviyyəsini uğurlu nəticəsi;

Dil bilikləri:

Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq bacarıqları;
Rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları;

Kompüter bilikləri:

Böyük məlumat bazaları ilə işləmək və onlar əsasında modelləşmə bacarıqları;
PowerPoint, Word və Outlook proqramından yaxşı istifadə, korporativ yazışma prinsipləri bilikləri;

Üstünlüklər:

CFA imtahanının 2-ci səviyyəsi və daha artıq uğurlu nəticə;
Yerli və xarici universitetlərdə İqtisadi ixtisasda magistr dərəcəsi;
Riyaziyyat, məntiq və statistika üzrə biliklər;

Fərdi keyfiyyət tələbləri:

Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “İnvestisiya-şöbə Müdiri” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288