VAKANSİYA

Palata işçi axtarır – VAKANSİYA
17 İYUL
3011

Palata işçi axtarır – VAKANSİYA

2017-07-17 22:00:00

Maliyyə bazarlarına Nəzarət Palatası İnsan resursları üzrə aparıcı mütəxəssis üçün vakansiya elan edib. Fins.az xəbər verir ki, ali humanitar və ya iqtisadi təhsilli namizədələrə üstünlük veriləcək.  

 TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ: 

  • Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);
  • İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;
  • Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;
  • Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;
  • Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
  • Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

  • Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin  hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin  edir;
  • Palatada əməkdaşların təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini  həyata keçirir;
  • Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və  təhsil prosesinin təşkilini  həyata keçirir;
  • Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;
  • Tədrisin  effektivliyinin müxtəlif  formalarla  analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;
  • Palatada yeni işə qəbul edilən işçilərin  adaptasiyası prosesini  təşkil edir;
  • Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin  bu sahədə qabaqcıl təcrübəsini öyrənir. 

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285