VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
14 İYUL
2359

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-07-14 22:30:00

Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, alib təhsilli, proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəyə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İş barədə məlumat:

  • Tətbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir;
  • Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir;
  • Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir;
  • Tətbiqi proqramlar  üzrə bankdaxili treyninqlər keçirir;
  • Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur;
  • Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir;
  • Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür;
  • Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • Ali təhsil;
  • NET C#, PL/SQL,  ASP.NET, Oracle DB-də iş bacarığı;
  • Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş  təcrübəsi;
  • SSRS –də işləmək bacarığı;
  • Maliyyə və bank sahəsində iş təcrübəsi;
  • Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi;
  • İngilis və rus dili bilikləri;
  • Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 18  Avqust,  2017 –ci il tarixinə qədər[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi)göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293