VAKANSİYA

İctimai Səhiyyə və İslahatlar Mərkəzi işçi axtarır – VAKANSİYA
14 İYUL
2548

İctimai Səhiyyə və İslahatlar Mərkəzi işçi axtarır – VAKANSİYA

2017-07-14 21:00:00

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibbi keyfiyyət standartları şöbəsinə hüquqşünas axtarır. Fins.az xəbər verir ki, ali hüquq təhlisi olan və səhiyyə qanunvericiliyi üzrə təlimlərdə iştirak edən namizədlərə üstünlük verilir.

Vəzifə funksiyaları – aidiyyəti, o cümlədən hüquqi sənədlərin hazırlanması, baxılması və qiymətləndirilməsi. Tibbi keyfiyyət standartlarının tərtibi və tətbiqi ilə bağlı lazımi hüquqi ekspertizanın aparılması. Metodik təlimatların, klinik tövsiyələrin hazırlanmasında istinad olunmalı hüquqi sənədlərin əldə edilməsi. Metodik materialların hazırlanması ilə bağlı digər təşkilatlarla işgüzar münasibət və əlaqələrin yaradılması. Sorğu, məktub və müraciətlərin cavablandırılması. Rəhbərlik tərəfindən tapşırılmış digər aidiyyəti vəzifələrin yerinə yetirilməsi.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil, ixtisas və istiqamət üzrə – ali hüquq təhsili. Magistr dərəcəsi, beynəlxalq hüquq ixtisası olanlara, səhiyyə qanunvericiliyi üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 2 ildən çox fəaliyyət (səhiyyə sahəsində iş təcrübəsi olanlara üstünlük verilir).

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295