VAKANSİYA

“Access Bank” işçi axtarır – VAKANSİYA
13 İYUL
2025

“Access Bank” işçi axtarır – VAKANSİYA

2017-07-13 21:00:00
Access Bank” kreativ dizayner vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, texniki və ya incəsənət  sahəsi üzrə ali təhsilli, reklam və marketinq  sahəsi üzrə minimum 1 il təcrübəyə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Öhdəliklər:

  • Reklam kampaniyaları üçün kreativ ideyaların təklifi, breynstorminqlərdə iştirak

  • Promo-aksiyalar üçün təkliflərin hazırlanması və vizualizasiyası

  • Müxtəlif kreativ materialların dizaynı və tərtibatı

  • Maketin hazırlanmasından hazır məhsulun təhvil verilməsinədək tam iş dövrü

  • Bannerlərin, bilbordların, vərəqələrin, broşüraların, təqvimlərin dizayn hazırlanması

  • Statik qrafik bannerlərin və dinamik flash-bannerlərin yaradılması

  • Materialların çapa hazırlığı (prepress). Çap üsullarının xüsusiyyətlərinin biliyi, mətbəələrlə iş

  • Fotosessiya və şəkillər üzərində iş

Tələblər:

  • Ali təhsil (texniki və ya incəsənət)

  • Reklam/marketinq şirkətlərində 1 ildən başlayan dizayner sahəsi üzrə iş təcrübəsi

  • Kreativ düşüncə və yaradıcı yanaşma

  • Mütləq Adobe Photoshop, Adobe Illustrator/CorelDRAW, Adobe InDesign proqramlarının biliyi (Autodesk 3D max biliyi arzu olunur)

  • Şəkil çəkmək bacarığı (arzu olunur)

  • Maketləşdirmə və kollaj yaratma bacarığı. Prepress biliyi

  • Şəxsi keyfiyyətlər: Məsuliyyətlik, operativlik, diqqətlilik

  • Portfolio ilə tanış olmaq imkanı mütləq yaradılmalıdır!

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285