VAKANSİYA

"Kapital Bank" işçi axtarır – VAKANSİYA
12 İYUL
3942

"Kapital Bank" işçi axtarır – VAKANSİYA

2017-07-12 22:00:00

Azərbaycan kommersiya banklarından biri - "Kapital Bank" Nağd Vəsaitlərin İdarə edilməsi Departamentində Kassir  axtarır. Fins.az-ın verdiyi məlumsta görə, müsabiqəyə bu tələblərə cavab verənlər qoşula bilər:

Namizədə dair tələblər:

- Ali təhsil;

- Həqiqi Hərbi xidməti bitirmiş

- Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;

- Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;

- Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;

- MS Excel proqramı üzrə əla biliklər.

Əsas vəzifə öhdəliklər:

- Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək

- Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;

- Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək

- Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;

- Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;

- Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;

- Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.

CV doldurmaq üçün link: https://kapitalbank.az/career/Nagd-Vesaitlerin-Idare-edilmes-53

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285