VAKANSİYA

"Muğanbank" işçi axtarır – VAKANSİYA
12 İYUL
2679

"Muğanbank" işçi axtarır – VAKANSİYA

2017-07-12 21:00:00

Azərbaycan kommersiya banklarından biri "Muğanbank" hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın verdiyi məlumata görə, müsabiqədə bu tələblərə cavab verən namizədlər iştirak edə bilər:
Namizədə tələblər:
– Hüquq ixtisası üzrə ali təhsil
– Azərbaycan dilini səlis bilməli
– Kompüter proqramları ilə işləmək bacarığı
– Məsuliyyətli, aktiv və çevik olmalı
– Məqsədyönlülük, yekun nəticəyə yönəlmə bacarığı, komandada işləmək bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
  İş barədə məlumat
– Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
– Məhkəmələrdə bankı nümayəndə qismində təmsil edilməsi
– Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə edilməsi
– Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi
– Məhkəmə qərarlarının vaxtında alması və aidiyyətı üzrə təqdim etməsi
– Sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması
– Mövcud məlumat bazasında hesabatın aparılması.
  Sənədləşmə AR Əmək Məcəlləsinə əsasən aparılır.
İş vaxtı: həftənin 5 günü, istirahət günü: şənbə və bazar
CV: [email protected] ünvanına göndərilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295