VAKANSİYA

"PAŞA Sığorta" işçi axtarır – VAKANSİYA
11 İYUL
3671

"PAŞA Sığorta" işçi axtarır – VAKANSİYA

2017-07-11 22:00:00

“PAŞA Sığorta” ASC  müştəri məmuniyyəti üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edib. Fins.az xəbər verir ki, bu sahədə 2 il iş təcrübəsi olan şəxslər şirkətə müraciət edə bilərlər. 

Vəzifə və Öhdəliklər: 

  • Müştəri Xidmətləri Mərkəzlərinin fəaliyyətini dəyərləndirmək;
  • Ünsiyyət bacarıqlarına dair işçiləri təlimatlandırmaq;
  • Şikayətlərin həlli ilə bağlı müvafiq koordinasiyanı həyata keçirmək;
  • Keyfiyyətin İdarəedilməsi sistemi ilə bağlı müştəri məmuniyyəti üzrə məsləhətçiyə dəstəyin təmin edilməsinə nəzarət etmək;
  • Müştəri məmuniyyəti üzrə hesabatları hazırlamaq;
  • Birbaşa rəhbər tərəfindən təqdim olunan tapşırıqları yerinə yetirmək. 

Bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst, İngilis dilində orta danışma və yazma bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Word, Excell, Powerpoint programlarından istifadə bacarığı;
  • Müştəri məmnuniyyəti istiqamətində 2 il iş təcrübəsi, Müştəri məmnuniyyəti ilə bağlı təlimlərdə iştirak;
  • Səlis nitq, fikri aydın ifadə etmək bacarığı, analitik düşüncə qabiliyyəti, araşdırma etmək bacarığı, problemli situasiyaları həll etmək bacarığı, geribildirim vermək bacarığı, stressə davamlılıq, komandada işləmək bacarığı, yüksək korporativ mədəniyyət, pozitiv, yenilik tərəfdarı, detallara qarşı diqqətli; 

Son müraciət tarixi:  15 iyul 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294