VAKANSİYA

Palata işçi axtarır – VAKANSİYA
11 İYUL
2371

Palata işçi axtarır – VAKANSİYA

2017-07-11 21:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət idarəsinin rəisi vəzifəsinə işçi axtarır. Fins.az xəbər verir ki, iqtisadi təhsili və rəhbər vəzifədə 3 illik iş təcrübəsi olan şəxslər vakansiyaya müraciət edə bilərlər.  

Namizədə dair tələblər:

– Ali təhsil (maliyyə/iqtisadi).

– Audit və riskərin idarəedilməsi sahəsi üzrə ən azı  5 illik iş təcrübəsi arzuolunandır. Rəhbər vəzifə üzrə  3 illik iş təcrübəsi.

– Maliyyə qanunvericiliyi üzrə biliklər;

– Tədqiqat aparma, təhlil etmə, analitik hesabat tərtib etmə və idarəetmə bacarığı;

– Layihələrlə iş bacarığı və təcrübəsi;

– Ünsiyyətqurma və komandada işləmək bacarığı;

– Fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı;

– Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;

– MS Office proqramları.

İşin təsviri:

– Kredit təşkilatlarında yoxlamaların həyata keçirilməsi işini təşkil edir;

– Keçirilmiş yoxlamaların nəticələrinə dair hesabatlar hazırlayır;

– Kredit təşkilatlarına göstəriş və tapşırıqların verilməsi, qanunvericiliyə uyğun tədbirlərin, sanksiyaların tətbiq edilməsinə dair təkliflər hazırlayır;

– Nəzarət prosesi çərçivəsində bankların nümayəndələri ilə əlaqə saxlayır və ya görüşlər həyata keçirir;

– Nəzarət strategiyasının müəyyən edilməsində iştirak edir;

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292