VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
20 İYUN
1830

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2017-06-20 21:00:00

Bank BTB ” əməliyyat departamentinin hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Ali təhsilli (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə), banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

 İş barədə məlumat:

- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə; 
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
- Vəsaitlərin müştəri hesablarına mədaxili;
- Müxbir hesab qalıqlarının yoxlanılması;
- MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması;
- Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
- Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Namizədə tələblər:

- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı;
- Analiz etmə qabiliyyəti;
- Problemləri həll etmə bacarığı;
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilmək;
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 21 Iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288