VAKANSİYA

"Grand Motors" işçi axtarır -VAKANSİYA
17 İYUN
3783

"Grand Motors" işçi axtarır -VAKANSİYA

2017-06-17 21:59:00

"Grand Motors" mühasib vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, maliyyə-mühasibatlıq sahəsində ali təhsilli, mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat) olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 13-dür.

Əmək haqqı: 800-1000 AZN

Namizədə tələblər

- Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil;  
- Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
- MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- Vergi, əmək  qanunvericilikləri üzrə məlumatlı; 
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir;
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
- Yaş: 25-35 arası;

İş barədə məlumat

- Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
- Bütün növ rəsmi hesabatların hazırlanması(Vergi, Statistika, DSMF);
- Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması;
- Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
- Banklarla və digər orqanlarla hesablaşmalar

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296