VAKANSİYA

"Xalq Sığorta" işçi axtarır -VAKANSİYA
17 İYUN
3325

"Xalq Sığorta" işçi axtarır -VAKANSİYA

2017-06-17 20:59:00

"Xalq Sığorta" satış üzrə agent (Bakı, Ələt, Xaçmaz, Goranboy, Hacıqabul, İmişli, Saatlı, Salyan, Şirvan, Ucar, Tovuz, Neftçala, Bərdə, Sabirabad) axtarır. Fins.az-ın məlumatına görə, 25-30 yaşlarında, MS Office proqramlarını bilən namizədlər vakansiya ilə müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 14-dür.

Namizəddən tələb edilənlər:

• Cinsi /K
• Yaş həddi 25-30
• Azərbaycan dili(rus, dilini bilmək arzuolunandır)

• Təcrübəli MS Office proqramlarının bilgisi
• Sürücülük vəsiqəsi (arzuolunandır)

Vəzifəyə dair tələblər:

• Danışıq aparmaq və müştərilərlə işləmək qabiliyyəti 
• Müştərilərin axtarışı və cəlb edilməsi 
• Ünsiyyətli, məsuliyyətli, təmkinli,komandada işləməyi bacarmaq
•  Riyazi hesablama aparmaq qabiliyyəti
• Yaşadığınız region haqqında məlumatlara malik olmaq

İşin təsviri:
 
• Müxtəlif sığorta növləri üzrə müştərilərə məsləhətlərin verilməsi
• İstənilən sığorta növü üzrə sığorta şəhadətnamələrinin tərtibi, müştəri haqqında informasiyanın məlumat bazasına daxil edilməsi
• Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin  hesabatının tərtib edilməsi

• Sazişlə bağlı sənədlərin tərtibi və yığılması

İş şəraiti

• İş vaxtı 9.00-18.00
• bazar – istirahət günü
 
Xahiş olunur hazırlanmış CV formasını [email protected] ünvanına göndərəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9997
  • ₽ RUB
    0.0296