VAKANSİYA

“Azər Türk Bank” işçi axtarır –VAKANSİYA
16 İYUN
3737

“Azər Türk Bank” işçi axtarır –VAKANSİYA

2017-06-16 20:59:00

“Azər Türk Bank”Strateji planlaşdırma və Marketinq Departamentinin Strateji planlaşdırma şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli, strateji planlaşdırma  sahəsində ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə dair tələblər:

Kompüter bilikləri MS Office proqramlarında mükəmməl işləyə bilmək

Dil bilikləri Azərbaycan, Rus, İngilis dillərini əla səviyyədə bilmək

Strateji planlaşdırma  sahəsində ən azı 2 il iş təcrübəsi;

Ali təhsil – iqtisadiyyat və maliyyə üzrə;

Yüksək təhliletmə qabiliyyəti;

Bank əməliyyatları və biznes prosesləri barədə ümumi biliklər.

 Vəzifə öhdəlikləri:

İqtisadi nəzəriyyənin bütün əsas qanun və anlayışlarını dərindən bilmək;

Strateji Planın hazırlanmasını bilmək;

Bank bazarının əsas göstəriciləri barədə məlumata malik olmaq, onların qarşılıqlı əılaqələrini və bazarın inkişafı üzrə proqnozları tərtib edə bilmək;

Bank məhsul və xidmətləri bazarını təhlil etmək və hesabatlar hazırlamaq.

Müraciət etmək istəyənlər bu linkə daxil olmalıdırlar: http://www.azerturkbank.az/bank/hr/form/

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9997
  • ₽ RUB
    0.0296