VAKANSİYA

"Kontakt Home" işçi axtarır – VAKANSİYA
14 İYUN
2839

"Kontakt Home" işçi axtarır – VAKANSİYA

2017-06-14 22:00:00

"Kontakt Home" İnzibati işlər üzrə Köməkçisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, inzibati sahədə 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 13-dür.

Tələblər:

• Ali təhsil 
• İnzibati sahədə iş təcrübəsi- 1 il
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri  
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə İnzibati dəstək
• Sənədlərin və qiymətlərin çap olunması
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri, VI,VII istirahət günləri
• Əmək haqqı - 350 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnzibati işlər üzrə köməkçi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285