VAKANSİYA

“AXA MBASK” işçi axtarır – VAKANSİYA
14 İYUN
2438

“AXA MBASK” işçi axtarır – VAKANSİYA

2017-06-14 21:00:00

“AXA MBASK” Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi (Sumqayıt) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, yerli və ya xarici şirkətlərdə satış üzrə baş mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 13-dür.

Namizədə tələblər:

• Ali təhsil 
• Yerli və ya xarici şirkətlərdə satış üzrə baş mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi olan (üstünlük sığorta sahəsində çalışanlara veriləcək)
• Azərbaycan dili  və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə) 
• Gülərüz, müştəri yönəmli, sosial və ictimai təbdirlərdə fəal iştirak edən olmalı 
• Kompyuter proqramlarını tələb olunan səviyyədə bilməli
• Professional səviyyədə müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olan olmalı
• Sərbəst şəkildə müştəri cəlb etmək qabiliyyəti olmalı
• Müştəri bazası olan namizədlərə üstünlük veriləcək
• Peşəkar, məsuliyyətli, prinsipial, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti
• Sürücülük vəsiqəsi olması vacibdir

Əsas Vəzifə Öhdəlikləri:

1. Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq edir;
2. Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir  və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif edir;
3. Şirkətə müraciət edən  müştərilərə  informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərir;
4. Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləyir, yaxşılaşdırır və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilədir;
5. Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında verir, müştərilərə sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırır;
6. Korporativ departament rəhbərinin göstərişi ilə digər işləri  yerinə yetirir.
 
Ə/h :  razılaşma yolu ilə
 
CV-ləri Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287