VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
12 İYUN
2944

“Unibank” işçi axtarır – VAKANSİYA

2017-06-12 22:00:00

Unibank” VİP Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsinə işə dəvət edir. Fins.az-ın məlumatına görə, ali təhsilli, müştərilərə xidmət sahəsində minimum 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 9-dur.

Əsas vəzifə öhdəlikləri:
- Fiziki şəxslərə bank hesablarının açılması və bağlanması;
- Hesablardan vəsaitlərin köçürülməsi;
- Əmanətlərin rəsmiləşdirilməsi;
- Plastik kartların sifariş edilməsi;
- Sürətli pul köçürmələri sistemləri ilə vəsaitlərin köçürülməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ bank xidmətlərinin göstərilməsi.

Namizədə dair tələblər:
 
- Ali təhsil;
- Yaş həddi 20 – 30;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
 
- Müştərilərə xidmət sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (VİP Müştərilərə xidmət (əməliyyatçı)) göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9997
  • ₽ RUB
    0.0296