VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA
11 İYUN
5204

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA

2017-06-11 22:00:00

Ziraat Bank Azərbaycan” İT departamentinin Texniki Dəstək şöbəsinə mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir. Fins.az-ın məlumatına görə, ali texniki təhsilli, müvafiq sahə üzrə 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 15-dir.

Vəzifəyə olan tələblər:

- Texniki ali təhsil;

- Effektiv, yaxşı strukturlaşdırılmış kodun yazılması bacarığı;

- Şəbəkə texnologiyaları üzrə biliklər;

- Özgə kodu anlama bacarığı;

- İnformasiya təhlükəsizliyi üzrə biliklər;

- Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;

- Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;

- HP, IBM və Dell server avadanlıqları üzrə işləmək bacarığı;

- Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;

- Yedəklənmə texnologiyaları: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;

- Antivirus sistemləri ilə işləmək bacarığı;

- Linux/Unix əməliyyat sistemi ilə işləmək bacarığı;

- Rus və ingilis dili bilikləri arzuolunandır;

- Müvafiq sahə üzrə 3 il təcrübə.   

Vəzifə öhdəlikləri:

- Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;

- Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;

- Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi;

- Elektron poçtun işlək vəziyyətdə olmasının təmin edilməsi;

- Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;

- Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;

- Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;

- Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;

- Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;

- Yedəklənmə sistemlərinin adminstrasiyası;

- Proqram təminatının monitorinqlərinin aparılması;

- Sistem problemlərinin həlli və diaqnostikası;

- Avadanlıqların quraşdırılması və sazlanması;

- Dəyişikliklərin sənədləşdirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285