VAKANSİYA

“Nurgun Holding” işçi axtarır – VAKANSİYA
08 İYUN
2166

“Nurgun Holding” işçi axtarır – VAKANSİYA

2017-06-08 22:00:00

“Nurgun Holding”  təftiş üzrə mütəxəssis  vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli (maliyyə, iqtisadiyyat), sahə üzrə 2-3 il iş təcrübəsivə sürücülük vəsiqəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyul ayının 8-dir.

Əmək haqqı 600 AZN

İş barədə:

• Mağazalarda və anbarda yoxlamaların, mal (qida və qeyri qida məhsulları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
• Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
• İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;
• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat);
• Sahə üzrə 2-3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi;
• Yaş həddi 24-35;
• MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
• Yazılı hesabat tərtib etmək təcrübəsi;
• Yüksək təhlil qabiliyyəti;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• Pərakəndə satış şirkətində iş təcrübəsi olanlara üstünlük verilir;
• İşlə bağlı ölkə daxilində ezamiyyəyə getməyə hazır olmaq.

Qeyd: Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
CV göndərərkən mövzu qismində müraciət edilən vakansiya qeyd olunmalıdır!

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285