VAKANSİYA

Fövqəladə Hallar Nazirliyi işçi axtarır – VAKANSİYA
07 İYUN
9227

Fövqəladə Hallar Nazirliyi işçi axtarır – VAKANSİYA

2017-06-07 21:00:00
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Fins.az-ın məlumatına görə, 2017-ci ilin çimərlik mövsümü ərzində (15 iyun –15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə(kişilər üçün) 20-40 yaşlarında, fiziki cəhətdən sağlam, idman bədən quruluşlu, üzgüçülük bacarıqları olan tam orta təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi; 
– əmək kitabçası (olanlar üçün); 
– tam orta təhsil haqqında sənəd; 
– sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən); 
– 3×4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.
Müsabiqədə Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuşnormativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.
Sənədlər 2017-ci il iyun ayının 7-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.
Əlaqə telefonları: (012) 512-43-14(012) 512-43-15(012) 512-43-61
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297