VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
06 İYUN
4453

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2017-06-06 22:00:00

 “Azersun Holding” inspektor (Biləsuvar rayonu) vəzifəsinə işçi axtarır. Fins.az xəbər verir ki,Kimya Texnoloqiya, Qida Mühəndisi, Mühəndis Texnoloq və Kimyaçı ixtisasları üzrə ali təhsilli, MS Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyul ayının 6-dır.

Namizədə aid tələblər:

• Kimya Texnoloqiya, Qida Mühəndisi, Mühəndis Texnoloq və Kimyaçı ixtisasları üzrə ali təhsil almış şəxslər müraciət edə bilərlər; 
•  MS Office proqramlarını bilməlidir; 
• Rus dilini bilənlərə üstünlük verilir.

İş haqqında məlumat:

• Keyfiyyət standartlarına uyğun nümunələri almalıdır, 
• İş təlimatlarına əsasən analizlər aparmalıdır; 
• ISO 9000 keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri; 
• Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməlidir; 
• Növbəli iş rejimində çalışmalıdır;
• İş yeri Biləsuvar Konserv Fabrikindədir.
• İş mövsümidir, 6 ay davam edəcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 06.07.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnspektoru (Biləsuvar rayonu)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297