VAKANSİYA

“Rabitəbank” işçi axtarır – VAKANSİYA
23 APREL 2017
2939

“Rabitəbank” işçi axtarır – VAKANSİYA

2017-04-23 22:00:00
 “Rabitəbank” "Biznes proseslərinin idarə edilməsi" şöbəsinin rəisi/ baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsilli (iqtisadi, humanitar), biznes proseslərinin idarə edilməsi sahəsində və yaxud bankda daxili audit, risk və nəzarət strukturlarında azı 3 illik iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 19-dur.
 Namizədə olan tələblər:
- Ali təhsilli;
- Biznes proseslərinin idarə edilməsi sahəsində və yaxud bankda daxili audit, risk və nəzarət strukturlarında azı 3 illik iş təcrübəsi;
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;
- Rəhbərlik və idarəetmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti;
- Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;
- Analitik düşüncəyə malik olması;
- Yüksək öyrənmə qabiliyyəti;
- Azərbaycan dilini səlis bilməsi, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməsi;
- MS Word, Excel, Visio proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Əsas vəzifələri:
- Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
- Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected]rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail :  [email protected]rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259