VAKANSİYA

Mənzil İnşaatı Dövlət Agentliyi işçi axtarır – VAKANSİYA
21 APREL 2017
4634

Mənzil İnşaatı Dövlət Agentliyi işçi axtarır – VAKANSİYA

2017-04-21 22:00:00

MİDA” əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, əməyin mühafizəsi sahəsində azı 3 il iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 21-dir.

Ümumi tələblər:

Təhsili: ali;
İş təcrübəsi: əməyin mühafizəsi sahəsində azı 3 il iş stajı;
Peşə bilikləri: tikinti-inşaat texnologiyasının əsasları üzrə geniş biliklərə malik olmalı;
IT-dən istifadə bacarıqları: MS Word, MS Excel, MS Outlook və İnternet, ofis avadanlıqları ilə işləmək bacarığı (istifadəçi səviyyəsində);
Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – yüksək səviyyədə;
Digər: sahə üzrə sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə üzrə funksiyalar:

• İş vaxtı yarana bilən təhlükəli halların qarşısının alınması məqsədi ilə müvafiq mühəndislik prinsiplərini və texnologiyalarını tətbiq edərək əməyin təhlükəsizliyi tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi və koordinasiya edilməsi;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və inşaat-tikinti sanitariyası üzrə işin təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunmasına nəzarət edilməsi;
• İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə təhlil edilməsi və təkliflərin verilməsi;
•  İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunvericiliyə uyğunluğunun təmin edilməsi məqsədi ilə onların təftiş edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət.

QEYD: Yuxarıda göstərilən tələblərə uyğun gələn namizədlər [email protected] elektron poçt ünvanına mövzuda “Əməyin mühafizəsi üzrə mütəxəssis” qeyd etməklə CV göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256