VAKANSİYA

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA
15 APREL 2017
2815

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA

2017-04-15 21:00:00

“Vijn Fond AzərKredit” sürücü (Bakı filialı) vəzifəsinə işçi qəbulunu elan edir. Fins.az-ın məlumatına görə, tələb edilən sahədə 3 il əmək stajına (iş təcrübəsinə) malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.  

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İş yeri VF AzərKredit təşkilatının Bakı filialında olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Bütün təhlükəsizlik tədbirləri görülməklə müvafiq personalın gediş-gəlişini təmin etmək;
• Nəqliyyat vasitəsini iş saatlarında və lazım olduğu təqdirdə qeyri-iş saatlarında təşkilatın xidməti ehtiyacları üçün istifadə etmək;
• Mütəmadi avtomobilə nəzarət etməklə, onu saz vəziyyətdə saxlamaq (benzin axıntısını, təsadüfi dəyən zərəri, şinlərin vəziyyətini, məsafə göstəricisini yoxlamaq) və texniki baxışdan keçirilməsini təmin etmək;
• Avtomobilin daim təmiz, salonunun səliqəli saxlanmasını təmin etmək;
• Avtomobilin idarəsi zamanı yol göstəricilərində sürət həddi qaydalarına ciddi riayət etmək;
• Tələb olunduqda məktub, göndəriş və ləvazimatları bölüşdürmək və lazımi məntəqələrə çatdırmaq;
• “VF AzərKredit” MMC-nin səfər etməkdə olan işçi heyətini tələb edilən təyinat məntəqəsinə nəql etməkdə yardımçı olmaq;
• Digər regionlara göndərilməyə hazır olmaq;
• Qonaqların qarşılanması və yerləşəcəyi məntəqəyə nəql edilməsini təmin etmək;
• Avtomobili müvafiq ayrılmış yerdə saxlamaq (park) etmək;
• Fəaliyyəti zamanı yüksək etik standartları, məxfiliyi və vicdanlılıq prinsiplərini qoruyub saxlamaq; 
• Təşkilatın daxili prosedur qaydalarına riayət etmək.

Namizədə dair tələblər:

• Tələb edilən sahədə 3 il əmək stajına (iş təcrübəsinə) malik olmalıdır;
• Avtomobilin ilkin təmir və sazlığının yoxlanması qaydasını bilməlidir;
• Avtomobilin qorunmasını təmil etməlidir;
• Səliqəli və peşəkar olmalı.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və ya VF AzərKredit-in iş üçün anket formasını dolduraraq 30 Aprel 2017-cı il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Sürücü (müvafiq filial)’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259