VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
15 FEVRAL 2017
5374

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2017-02-15 22:00:00

Azersun Holding” sistem təkmilləşdirmə mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, idarəetmə, kompyuter/sənaye mühəndisliyi sahəsində ali təhsilli, müvafiq sahədə ən azı 3 il təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 17-dir.

Tələb olunan xüsusiyyətlər:

• İdarəetmə, kompyuter/sənaye mühəndisliyi sahəsində ali təhsilli olmalı;
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• Proqram layihələrində bənzər mövqedə (business təhlilçi olaraq) təcrübə;
• Əsasən 1C sistemi sahəsində təcrübə / məlumat sahibi olmalıdır;
• Əsasən  Insure.az sığortaçılıq sistemi sahəsində təcrübə / məlumat sahibi olmalıdır;
• Dil bilikləri: ingilis, rus, türk .

İş barədə məlumat:

• 1C programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması, Rəhbərliyin təlimatına 1C program təminatçısından uyğun istiqamətdə yenilənmə və əlavə funksiyaların təmini ilə bağlı görüşmələr etmək;
• Insure.az programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması, Rəhbərliyin təlimatına 1C program təminatçısından uyğun istiqamətdə yenilənmə və əlavə funksiyaların təmini ilə bağlı görüşmələr etmək;
• Cəmiyyətdə istifadə olunan 1C və Insure.az proqramların nəzarət, lazımi uyğunlaşmaların aparılması və s.;
• 1C və Insure.az programlarında məlumatların inteqrasiyasını həyata keçirmək.
• Sistem problemlərinin həlli və diaqnostikası;
• Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
• Müvafiq form ve hesabatlatın bəhz edilən sistemlərdə həyata keçirilməsi;
• Proseslərin araşdırılması, yeni proseslərin inkişaf etdirilməsi, mövcud proseslərin təkmilləşdirilməsi;
• İş prosesində istifadə sistemlər ilə əlaqədar son istifadəçilərə təlim verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Sistem Təkmilləşdirmə Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır