VAKANSİYA

“Bank of Baku” işçi axtarır – VAKANSİYA
14 FEVRAL 2017
3264

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

2017-02-14 22:00:00

“Bank of Baku” Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (biznes istiqamətli), rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 16-dır.

Əsas vəzifə və öhdəliklər:

- Bankın sosial şəbələrdəki səhifələrinin idarəedilməsini təmin etmək;
- Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətin təşkili;
- Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətini həyata keçirmək;
- Bankın rəqəmsal platformada aktivliyinin təmin edilməsi.

Seçim meyarları:

- Ali təhsil (biznes istiqamətli);
- Rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi (maliyyə sektorunda təcrübə arzuolunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və yazı bacarığı;
- Əla Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
- Yaradıcı və qeyri-standart düşüncə tərzi, stressə davamlılıq

İş şərtləri

- İş yeri: Bank of Baku Baş Ofis
- İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində Rəqəmsal Marketinq sözünü qeyd etməyi unutmayın. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır