VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
11 FEVRAL 2017
3445

“Unibank” işçi axtarır – VAKANSİYA

2017-02-11 21:00:00

“Unibank” mikromaliyyə üzrə mütəxəssis (Quba, Salyan, İsmayıllı, Şəki, Mingəçevir, Bərdə, Gəncə, Şəmkir, Tovuz regionları üzrə) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, riyazi biliklərə sahib namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 9-dur. 

Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər:

• Müştərilərin cəlb edilməsi; 
• Müştərinin biznesinin təhlil olunması;
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
• Mikromaliyyə üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Namizədin Profili
• Ali təhsil;
• Yaş həddi 21 – 30;
• Riyazi biliklərə sahib olmalı;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Kompüterdən adi istifadəçi səviyyəsində istifadə etmək bacarığı, “MS Office”i lazımi səviyyədə mənimsəmək bacarığı;
• Ünsiyyət qurmaq və azərbaycan dilində sərbəst danışmaq bacarıqları;
• Təhlil etmək bacarığı;
• İş təcrübəsinə tələb yoxdur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Mikromaliyyə üzrə mütəxəssis (müraciət etdiyiniz regionun adı)) göstərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır